5 Haziran 2014 Perşembe

Quşların əhəmiyyəti

                                                       
Xüsusi fermalarda ev quşları yetişdirirlər.
Hormonlu yemlərdən və dərmanlardan istifadə edirlər.
Onların əti təbii şəraitdə boy atan ev quşlarından tamamilə fərqlənir. 
Bu da hormanların hesabına baş verir.
Biz belə bir ideya irəli sürürük ki,belə qidalar məişətimizdən uzaqlaşdırılsın və təbii qidalara üstünlük verilsin.
Biz layihənin sonunda buklet hazırlayıb  bilməyən məktəb yoldaşlarımıza payladıq ki, hormonlu qidalardan uzaq olsunlar. Bilsinlər ki, ət qidaları içərisində ən keyfiyyətlisi ev quşlarının ətidir.Təbii şəraitdə böyüdülmüş quş əti daha faydalı vəı vitaminlidir.

Biz hər gün hormonlu qidalarla qidalanmağa yox deyirik!


Ev quşlarının faydası

Ev quşlarının insan üçün faydası çoxdur.
Biz onun həm ətindən, həm yumurtasından,həm də tükündən istifadə edirik.
Ev quşlarının ətində və yumurtasında insan üçün lazım olan vitaminlər,zülallar vardır.Digər quşlardan fərqli olaraq toyuğun yumurtası qida üçün daha əhəmiyyətlidir.
Beləki ev quşlarının əti və yumurtası təmiz qan yaradır. Bədənə istilik verir. Kökəldir və beyin fəaliyyətini gücləndirir.
Ev quşlarının ətindən və yumurtasından milli mətbəximizdə müxtəlif xörəklər hazırlanır.

Ev quşlarının tükündən evlərdə balınc və döşəkcə hazırlanır








   

Ev quşları haqqında məlumat.


Heyvanlar kimi quşlar da vəhşi  və ev quşları qruplarına bölünürlər. Təbiətdə yaşayan vəhşi quşlar haqqında biz artıq bilirik. 
Ev quşlarını 2 (iki)  böyük qrupa ayırmaq olar:
Tapşırıq 1. İnsanın evində yaşayan quşlar

O həm meşədə yaşayır, həm də evdə saxlanılır. Tutuquşu alabəzək quşdur. Tutuquşunun bəzi növləri insan kimi danışa bilir. Onlar xüsusi yemlə, dənli bitkilərlə və meyvələrlə qidalanır.



Tapşırıq 2. Kənddə və  yaxud da xüsusi quşçu fermalarında yaşayan quşlar
Toyuq - evdə saxlanılan quş növüdür. Ev quşları siyahısına daxildir. Əti və yumurtası insanların əsas qida növlərindəndir. Tükündən məişətdə istifadə edilir. Toyuqlar uça bilməyən quşlardandır. Yumurta ilə çoxalarlar.21 gün kürd yatır və yumurtadan cücə çıxarırlar.Müəyyən dövrdən sonra balalarını tanımırlar.Bundan başqa ev quşları siyahısına qaz,ördək və hinduşka da aiddir.Ev quşlarının əsas qidasını buğda təşkil edir.Ev quşları çöl quşlarından fərqli olaraq uçma qabiliyyətini itirib.